Əsas məzmuna keç

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib

Julyen de Frepon və Marian de Yonq Xarici İşlər Nazirliyinə çağırılıb. Ermənistanla sülhə zərbə vuran qərəzli qərarların detalları və Bakının sərt xəbərdarlığı.

en ru

Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, görüşlər zamanı 16 aprel 2026-cı il tarixində Belçika və Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin bildirilib.

Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.

Sənədlərdə yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib.

Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib.

Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin Spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.

Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…