Əsas məzmuna keç

Aİ Qrenlandiya üçün 500 milyon avroluq investisiya paketi hazırlayır

Aİ Qrenlandiya üçün 500 milyon avroluq investisiya paketi hazırlayır

Avropa İttifaqı Qrenlandiyada bərpa olunan enerji, rabitə və müdafiə sənayesinin inkişafı üçün maliyyə dəstəyini ikiqat artırmağı planlaşdırır.

en ru

Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Qrenlandiyanın dəstəklənməsi və inkişafına yönəlmiş genişmiqyaslı planını təqdim edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Aİ-nin beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikelanın ofisi yayıb.

"Politico" nəşrinin verdiyi məlumata görə, yeni investisiya adada gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına və yerli əhalinin öz gələcəkləri barədə qərar vermə hüququnun gücləndirilməsinə xidmət edəcək.

Aİ-nin adaya qoyacağı investisiyaların həcminin demək olar ki, iki dəfə artırılaraq 500 milyon avroya çatdırılması planlaşdırılır. Səfər çərçivəsində Yozef Sikelanın Danimarka naziri Lars Lökke Rasmussen və digər rəsmi şəxslərlə görüşü gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp və NATO-nun Mark Rütte arasında ilə bağlı yeni razılaşmanın konturları müzakirə edilib. "Axios" portalının məlumatına görə, bu razılaşma Danimarkanın suverenliyini qorumaqla yanaşı, ABŞ-a adada yeni hərbi bazalar və müdafiə zonaları yaratmaq imkanı verə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…