Əsas məzmuna keç

Qrenlandiya ABŞ-nin neft şirkətinə xəbərdarlıq etdi

Qrenlandiya ABŞ-nin neft şirkətinə xəbərdarlıq etdi

ABŞ-ın "Greenland Energy" şirkəti müvafiq icazələr almadan Qrenlandiyanın şərq sahillərinə qazıntı avadanlıqları çıxarıb.

en ru

hökuməti ABŞ-nin “ ” neft şirkətinə adanın şərq sahillərində icazəsiz neft kəşfiyyatı işləri aparmaqla bağlı xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qrenlandiyanın Sənaye və Minerallar Departamenti şirkətin müvafiq icazə almadan ağır texnikaları “Jameson Land” bölgəsinə çıxardığını bildirib.

Məlumata görə, yerli hakimiyyət orqanlarının təsdiqi olmadan ərazidə işlərinə başlanılmasına icazə verilməyəcək.

Ötən il Texasda yaradılan “Greenland Energy” şirkəti “Jameson Land” bölgəsində təxminən 1 trilyon dollar dəyərində xam neft ehtiyatının olduğunu iddia edir. Şirkətin rəhbəri Larri Svets isə daha əvvəl yerli sakinlərə avadanlıqların gətirilməsi üçün icazənin artıq alındığı barədə yanlış məlumat verildiyini etiraf edib.

Bununla yanaşı, şirkət nümayəndələri Qrenlandiya tənzimləyiciləri ilə aparılan son danışıqların “konstruktiv” keçdiyini və kəşfiyyat işlərinə başlamaq üçün lazımi icazələri əldə etməyə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, insident ABŞ-nin Qrenlandiyaya marağının artdığı bir dövrə təsadüf edir. ABŞ Prezidenti Tramp adanın strateji əhəmiyyətini dəfələrlə vurğulayıb. “Greenland Energy” isə neft kəşfiyyatı layihələrinin ABŞ-nin Qrenlandiya ilə bağlı siyasəti ilə əlaqəsinin olmadığını açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…