Azərbaycanın yeniyetmə və gənclərdən ibarət kikboksinq millisinin baş məşqçisi Hikmət Hacıyev karyerasında növbəti mükafata layiq görülüb.
Əməkdar məşqçi və Prezident mükafatçısı 2026-cı il WAKO Avropa çempionatında ikinci dəfə “Ən yaxşı məşqçi” seçilib. Yarış Şimali Makedoniyanın Skopye şəhərində keçirilib.
Mükafatı Hacıyevə WAKO Avropanın prezidenti Espen Lund təqdim edib.