Azərbaycan Basketbol Liqasında yeddinci turun oyunlarına bu gün yekun vurulacaq. Turun sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 19:00-da NTD “Naxçıvan”ı qəbul edəcək. Görüş Bakı İdman Sarayında baş tutacaq.
Eyni saatda “Sumqayıt” “Ordu” ilə qarşılaşacaq. Matç Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.
Turun əvvəlki oyunlarında “Sabah” “Neftçi”yə 93:78, “LANDAU Lions” isə “Gəncə”yə 85:62 hesabı ilə qalib gəlib.