Özəl sektor
Rəhbər
Cavid Həsən oğlu Quliyev
İdarə Heyətinin sədri, Baş İcraçı Direktor
PAŞA Bank ASC
Tərcümeyi-hal
Cavid Həsən oğlu Quliyev “PAŞA Bank” ASC-də əmək fəaliyyətinə 2015-ci ildə İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 2016-cı il fevralın 23-də bankın İdarə Heyəti sədrinin müavini, 2018-ci il martın 5-də isə İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya İnzibatçısı təyin edilib.
Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankının sədri təyin edilməsi ilə əlaqədar 2022-ci il aprelin 12-dən İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edib. Səhmdarların ümumi yığıncağının qərarına əsasən, 2022-ci il iyunun 9-dan “PAŞA Bank” ASC-nin Baş İcraçı Direktoru və İdarə Heyətinin sədridir.