Əsas məzmuna keç
Abdulla Kərim oğlu Məlik-Aslanov

Abdulla Kərim oğlu Məlik-Aslanov

Sədrin müşaviri

Mərkəzi Bankı

Mənbə: cbar.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Abdulla Kərim oğlu Məlik-Aslanov 1958-ci ildə Füzuli rayonunda doğulub.

1979-cu ildə SSRİ Dövlət Bankının Nərimanov şöbəsində iqtisadçı kimi işə başlayıb. 1979–1981-ci illərdə həqiqi hərbi xidmət keçib, 1981-ci ildən yenidən həmin şöbədə iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı və rəis müavini vəzifələrində çalışıb.

1992-ci ilin fevralından Azərbaycan Respublikası Milli Bankında idarə rəisi işləyib. 1996–2001-ci illərdə Milli Məclisin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü olub, 1996-cı ilin sentyabrında İdarə Heyəti sədrinin müavini təyin edilib. 2007-ci ilin fevralında Milli Bankın baş direktoru vəzifəsinin icraçısı təyin olunub, 2008-ci ilin martından bankın sədrinin müşaviridir. Ailəlidir, iki övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1979 — D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, "İqtisadçı" ixtisası