Əsas məzmuna keç

Vensdən İran açıqlaması: “Bu, müharibə deyil”

Vensdən İran açıqlaması: “Bu, müharibə deyil”

Cey Di Vens Yaxın Şərqdəki vəziyyəti şərh edərək, hazırda aktiv hərbi əməliyyatların getmədiyini bildirib.

en ru

ABŞ-nin vitse-prezidenti İranla bağlı mövcud qarşıdurmanı hesab etmədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Vens Yaxın Şərqdəki vəziyyəti şərh edərkən hazırda hərbi əməliyyatların aparılmadığını, lakin bəzi bölgələrdə vəziyyətin kəskinləşdiyini qeyd edib.

Vitse-prezident münaqişənin başa çatacağı tarixlə bağlı konkret vaxt açıqlamayıb. O, bunun İranın bundan sonra atacağı addımlardan asılı olduğunu vurğulayıb.

Vens həmçinin bildirib ki, İran ticarət gəmilərinə zərbələr endirməyə davam etdiyi müddətdə regionda sülh danışıqlarının aparılması mümkün deyil.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Trampın İranla bağlı strategiyanı köməkçiləri ilə müzakirə etdiyi bildirilmişdi. Məlumata görə, iqtisadi təzyiqlərin İranın nüvə proqramından imtina etməsinə və ya ölkədəki rejimin süqutuna gətirib çıxara biləcəyini düşünür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…