Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaxın Şərqdə gərginlik: Trampdan İrana 48 saatlıq ultimatum, Tehran isə cavab zərbələri ilə hədələyir

2 dəq
Paylaş:
Yaxın Şərqdə gərginlik: Trampdan İrana 48 saatlıq ultimatum, Tehran isə cavab zərbələri ilə hədələyir

Yaxın Şərqdə hərbi-siyasi gərginlik kritik həddə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana 48 saatlıq ultimatum verərək bildirib ki, strateji əhəmiyyətli gəmilərin hərəkəti üçün tam açılmasa, ABŞ ordusu İranın elektrik stansiyalarına və enerji infrastrukturuna raket zərbələri endirəcək.

İran tərəfi bu təhdidlərə sərt reaksiya verib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ölkənin enerji obyektlərinə hər hansı hücum olarsa, bütün regionundakı neft və enerji infrastrukturu hədəfə alınacaq.

Tehran rəsmiləri bu addımın qlobal iqtisadiyyat üçün "geri dönməz fəsadlar" yaradacağı barədə xəbərdarlıq ediblər.

ərazisinə edilən hücumlara cavab olaraq İranın hərbi attaşesini və dörd səfirlik əməkdaşını "persona non grata" elan edərək ölkədən qovub.

Qətərdə helikopter qəzası: Birgə hərbi təlimlər zamanı baş verən qəzada 4 Qətər hərbçisi və 3 Türkiyə vətəndaşı (o cümlədən "ASELSAN" əməkdaşları) həlak olub.

İsrail-Livan cəbhəsi: İsrail ordusu Livanın cənubunda əməliyyatları intensivləşdirəcəyini, infrastruktur və körpüləri hədəf alacağını açıqlayıb. Livan Prezidenti Mişel Aun isə bu zərbələrin quru işğalına hazırlıq ola biləcəyini vurğulayıb.

Böyük Britaniyanın Keir Starmer münaqişənin enerji bazarlarına təsirini müzakirə etmək üçün fövqəladə "COBRA" iclası çağırıb. Sloveniya isə yanacaq qıtlığı səbəbindən satışlara məhdudiyyət tətbiq edib.

ictimaiyyət, o cümlədən Roma Papası və Avropa İttifaqı tərəfləri təmkinli olmağa və dərhal atəşkəs elan etməyə çağırır. Hazırda Türkiyə diplomatiyası müharibəni dayandırmaq üçün ABŞ, İran, Misir və Aİ ilə intensiv danışıqlar aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax