Əsas məzmuna keç

“Türkiyə ilə münasibətlər tarixinin ən güclü dövrünü yaşayır”

“Türkiyə ilə münasibətlər tarixinin ən güclü dövrünü yaşayır”

Avstraliyanın Müdafiə Sənayesi naziri Pat Konroy Ankara ilə əməkdaşlığın yeni mərhələyə keçdiyini açıqlayıb. COP31 və NATO sammiti fonunda tərəfləri nə gözləyir?

en ru

Avstraliyanın Müdafiə Sənayesi naziri Pat Konroy ilə Avstraliya arasında münasibətlərin tarixinin ən güclü mərhələsində olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesinin sürətli inkişafı və hökumətin bu sahəyə yatırdığı investisiyalar iki ölkə arasında yeni əməkdaşlıq imkanları yaradır.

Konroy qeyd edib ki, Türkiyənin göstərdiyi qonaqpərvərlikdən dərin təsirlənib.

Avstraliyalı nazir Liderlər Sammiti ilə paralel şəkildə Müdafiə Sənayesi Forumunun keçirilməsini müsbət addım kimi qiymətləndirib.

O vurğulayıb ki, NATO-nun hazırda əsas prioritetlərindən biri müdafiə sənayesi infrastrukturunun gücləndirilməsi və istehsal imkanlarının artırılmasıdır.

Konroy bildirib ki, bir çox ölkə müdafiə xərclərini artırsa da, bununla yanaşı istehsal gücünün də genişləndirilməsi vacibdir.

O əlavə edib ki, Avstraliya NATO müttəfiqləri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa hər zaman açıqdır.

Nazir həmçinin Avstraliyanın Türkiyənin BMT-nin İqlim Dəyişikliyi üzrə COP31 konfransına ev sahibliyi etməsinə dəstək verdiyini bildirib və bunun iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyini qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…