Əsas məzmuna keç

Trampın Kaliforniya ilə bağlı sözləri İranın raket imkanlarını gündəmə gətirdi

Trampın Kaliforniya ilə bağlı sözləri İranın raket imkanlarını gündəmə gətirdi

ABŞ Prezidenti Donald Tramp İran müharibəsinin iqtisadi xərcini müdafiə edərkən Los-Anceles və San-Dieqonun itirilməsini “çox kiçik bədəl” adlandırıb. Ağ Ev onun sözlərinin Kaliforniya şəhərlərinə zərbə endirilməsini dəstəkləmək anlamına gəlmədiyini bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Prezidenti Nebraskada təşkil olunan seçki mitinqində İranla münaqişənin iqtisadi və strateji nəticələrinə toxunarkən səsləndirdiyi fikirlərlə ölkədə geniş siyasi rezonans doğurub. Ağ Ev rəhbəri münaqişənin miqyasını qiymətləndirərkən Los-Anceles və San-Dieqo şəhərlərinin mümkün zərər görməsi riskini "ödəniləcək çox kiçik bədəl" kimi xarakterizə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Trampın bu bəyanatları ABŞ-nin həm Demokrat, həm də Respublikaçılar partiyalarının nümayəndələri tərəfindən sərt tənqidlə qarşılanıb.

Ağ Evin Kommunikasiya direktoru Stiven Çeunq məsələyə aclarıq gətirərək bildirib ki, şəhərlərin vurulmasını arzulamaq niyyəti gütməyib, yalnız İranın nüvə dövlətinə çevriləcəyi təqdirdə ABŞ ərazisi üçün yarana biləcək potensial təhlükəyə diqqət çəkmək istəyib.

Buna baxmayaraq, qubernatoru Qevin Nyusom, Los-Anceles və San-Dieqo merləri, eləcə də Konqresə namizəd olan Respublikaçı konqresmenlər heç bir Amerika şəhərinin və mülki vətəndaşın müharibənin "qaçılmaz zərəri" kimi qurban verilə bilməyəcəyini bəyan ediblər.

Hərbi təhlilçilər və analitiklər də bəyanatın reallığı əks etdirmədiyini diqqətə çatdırırlar. ABŞ Milli Kəşfiyyat Direktorluğunun 2026-cı il üzrə illik təhdid hesabatına əsasən, İranın Birləşmiş Ştatların materik ərazisinə çata biləcək qitələrarası ballistik raket (QBR) sistemi yoxdur. İran ərazisindən Kaliforniyanın böyük şəhərlərinə zərbə endirmək üçün təxminən 12 min kilometrlik uçuş məsafəsi tələb olunur ki, bu da Tehranın mövcud hərbi-texniki imkanları xaricindədir. Mütəxəssislər İranın hazırda yalnız asimmetrik təhdidlər, kiberhücumlar və proksi qüvvələr vasitəsilə təzyiq göstərmək gücündə olduğunu bildirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…