2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Oktyabrın 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən həmin tarixlər qeyri-iş günləri hesab olunur.
Bundan əlavə, altıgünlük iş həftəsi ilə çalışanlar üçün təqvimə əsasən daha 5 istirahət günü nəzərdə tutulub.
Beləliklə, 2026-cı ilin oktyabr ayında altıgünlük iş həftəsi ilə çalışanlar ümumilikdə 9 gün istirahət edəcəklər.