Əsas məzmuna keç

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: BU TARİXLƏRDƏ

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: BU TARİXLƏRDƏ

2026-cı ilin son aylarında Azərbaycanda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Oktyabr ayında beşgünlük iş həftəsi ilə...

en ru

2026-cı ilin son aylarında Azərbaycanda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq.

Noyabr ayında isə ardıcıl üç qeyri-iş günü olacaq. Belə ki, 8 noyabr – Zəfər Günü, 9 noyabr – Dövlət Bayrağı Günü kimi qeyd olunur. Noyabrın 10-u da qeyri-iş günü olduğundan həmin ayın 8, 9 və 10-u ardıcıl olaraq istirahət günlərinə təsadüf edəcək.

Beləliklə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar 9, altıgünlük iş həftəsi üzrə çalışanlar isə 5 gün istirahət edəcəklər.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin tarix də qeyri-iş günü hesab olunur.

Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqviminə əsasən müəyyənləşdirilib.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 45 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 46 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 65 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…