Əsas məzmuna keç

Fransada 30 min şagird həftələrlə məktəbdə təhsil ala bilməyəcək

Fransada 30 min şagird həftələrlə məktəbdə təhsil ala bilməyəcək

Fransanın təhsil naziri Edouard Geffray bildirib ki, şagird etirazları zamanı 24 lisey yanıb və ya zərər görüb. Məktəblərin bərpası həftələrlə çəkə bilər.

en ru

Fransada sentyabrın 17-dən etibarən şagirdlərin kütləvi etiraz aksiyaları fonunda təhsil müəssisələrinə dəymiş ağır zərər səbəbindən 30 mindən çox şagird həftələrlə əyani təhsildən məhrum olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fransanın Milli Təhsil naziri Eduar Geffre (Edouard Geffray) Milli Assambleyanın Mədəniyyət məsələləri komissiyasında çıxışı zamanı etirazlar zamanı 24 liseyin yandırıldığını və ya ciddi zədələndiyini bildirib

Nazir qeyd edib ki, sözügedən təhsil müəssisələrinin fəaliyyətinin bərpası həftələrlə vaxt aparacaq və dəymiş ziyanın ilkin həcmi on milyonlarla avro ilə qiymətləndirilir.

Təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayan aksiyalar qısa müddətdə ölkənin bir çox şəhərlərinə yayılaraq iğtişaşlara çevrilib.

Rəsmi məlumatlara görə, etirazlar başlayan gündən bəri hüquq-mühafizə orqanları tərəfindən 6 500-dən çox şəxs saxlanılıb. Toqquşmalar zamanı şagirdlər, müəllimlər və əməkdaşları da daxil olmaqla 1 000-dən çox insan xəsarət alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…