Azərbaycan millisinin üzvü Rəhim Sadıqov “Turan Tovuz”dan ayrıla bilər. Futbolçu hazırkı komandasında daha az oynadığı üçün karyerasını başqa klubda davam etdirməyi planlaşdırır.
Sportal.az-ın məlumatına görə, Sadıqovun xidmətində Azərbaycan Premyer Liqasında çıxış edən klublardan biri maraqlıdır. Bununla yanaşı, 30 yaşlı yarımmüdafiəçinin Rusiyaya qayıtmaq ehtimalı da var.
Rusiya Premyer Liqasında mübarizə aparan “Akron” (Tolyatti) futbolçunu heyətində görmək istəyir. Sadıqovun mümkün keçidlə bağlı qərarının qışda, ən gec isə mövsümün sonunda bəlli olacağı gözlənilir.
Rəhim Sadıqovun “Turan Tovuz”la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.