Əsas məzmuna keç

ADSEA 6 rayonda su təchizatının bərpa olunacağını açıqladı

ADSEA 6 rayonda su təchizatının bərpa olunacağını açıqladı

ADSEA-nın magistral xəttindəki təmir işləri gecikib. İki gündür susuz qalan Abşeron və Bakıətrafı qəsəbələrdə içməli su nə vaxt bərpa olunacaq? Detallar:

en ru

Oktyabrın 6-da Dövlət Su Ehtiyatları Agentliyi () tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı , Binəqədi, Sabunçu, , Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib.

Suyun verilişinin isə oktyabrın 7-də səhər saatlarında bərpa olunacağı bildirilmişdi. Lakin buna baxmayaraq, suyun verilişi hələ də bərpa edilməyib.

Bu barədə vətəndaş müraciətləri daxil olub.

Sakinlərin sözlərinə görə artıq iki gündür içməli su ilə təmin edilməyiblər.

Məsələ ilə bağlı ADSEA-dan bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyef xüsusiyyətləri ilə əlaqədar olaraq planlaşdırılandan bir neçə saat artıq vaxt aparıb:

"Hazırda yekunlaşıb, şəbəkə üzərində qaynaq işləri başa çatdırılıb və xəttin su ilə doldurulması prosesi həyata keçirilir. Gün ərzində suyun ünvanlar üzrə mərhələli şəkildə əvvəlki rejimlə verilməsi təmin ediləcək". (oxu.az)

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…