Operativ Məlumat Mərkəzi

Qvineya prezidenti hökuməti istefaya göndərdi

1 dəq
Paylaş:
Qvineya prezidenti hökuməti istefaya göndərdi

Respublikasının Prezidenti ölkə hökumətinin istefaya göndərilməsi barədə fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı yerli xəbər portalları yayıb.

Dövlət başçısının göstərişinə əsasən, yeni hökumət formalaşana qədər nazirliklərin cari işlərinin idarə olunması qurumların baş katiblərinə həvalə edilib.

Yeni kabinetin tərkibinin və baş nazirin kimliyinin yaxın günlərdə elan olunacağı gözlənilir.

Hökumətin buraxılması qərarı Dumbuyanın rəsmi olaraq vəzifəsinin icrasına başlamasından təxminən bir neçə həftə sonra verilib.

Xatırladaq ki, o, 2025-ci il dekabrın 28-də keçirilən seçkilərdə qələbə qazanmışdı. Qvineya qanunvericiliyinə görə, prezidentin səlahiyyət müddəti yeddi ildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax