Əsas məzmuna keç

Afrika ölkələrinə pirat hücumları artıb

Afrika ölkələrinə pirat hücumları artıb

Somali sahillərində dəniz quldurlarının fəallığı 13 ilin zirvəsinə çatıb. “Honor 25” neft tankeri və Ədən körfəzindəki təhlükəli vəziyyət haqda oxuyun.

en ru

ölkələrinin, xüsusilə Somalinin sahillərində ticarət gəmilərinə qarşı hücumlarının sayı bu il son 13 ilin ən yüksək həddinə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayılıb.

Bildirilib ki, ilin əvvəlindən etibarən bölgədə ən azı 15 pirat hücumu qeydə alınıb, hücumların səkkizi isə may ayından sonra baş verib.

Bu il ən böyük pirat hücumu aprelin 21-də qeydə alınıb. Həmin gün 30 pirat “Honor 25” adlı tankerinə hücum edib. Gəminin hələ də piratların nəzarətində olduğu bildirilir.

Sonuncu dəfə bu qədər çox hücum 2013-cü ildə qeydə alınıb. Sonrakı illərdə beynəlxalq təşkilatlar pirat hücumlarının sayının xeyli azaldığını bildiriblər.

2025-ci ildə isə cəmi 5 belə hücum qeydə alınıb.

Somali sahillərində piratçılıq 2000-ci illərin sonlarından 2010-cu illərin sonlarınadək daşımalarında ciddi problemlərə səbəb olub. Həmin dövrdə silahlı qruplar körfəzi və Hind okeanında ticarət gəmilərinə hücum edirdilər.

2020-ci illərin əvvəllərində beynəlxalq hərbi-dəniz patrullarının fəaliyyəti nəticəsində hücumların sayı əhəmiyyətli dərəcədə azalıb. Lakin son dövrlərdə pirat qrupların fəaliyyətinin yenidən artdığı müşahidə olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…