Əsas məzmuna keç

Oman sahillərində neft tankeri yaxınlığında partlayış baş verib

Oman sahillərində neft tankeri yaxınlığında partlayış baş verib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı təşkilat gəminin yaxınlığında partlayış səsinin eşidildiyini təsdiqləyib.

ru en

sahillərində tankerinin yaxınlığında səsi eşidilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Böyük Britaniyanın "" (Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları) təşkilatı məlumat yayıb.

Məlumata görə, Oman sahilləri yaxınlığında hərəkətdə olan neft tankerinin kapitanı gəminin yaxınlığında güclü partlayış səsi eşidildiyini bildirib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində gəmi heyətinin üzvləri arasında xəsarət alan olmayıb. Bütün heyət üzvlərinin təhlükəsiz vəziyyətdə olduğu qeyd edilir.

Hazırda insidentin səbəbləri və başvermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir. Hadisənin hansı amillərdən qaynaqlandığı hələlik müəyyən edilməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…