Operativ Məlumat Mərkəzi

Kamran Əliyevin rəhbərliyi ilə Bakıda geniş əməliyyat müşavirəsi keçirilib

4 dəq
Paylaş:
Kamran Əliyevin rəhbərliyi ilə Bakıda geniş əməliyyat müşavirəsi keçirilib
Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq...

Kamran Əliyevin sədrliyi ilə Bakı şəhərinin orqanları tərəfindən 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq fəaliyyəti və prokuror nəzarəti sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, müşavirəni giriş sözü ilə açan Kamran Əliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin 5-ci ildönümünün ölkə üzrə yüksək səviyyədə qeyd edildiyini vurğulayıb.

O bildirib ki, “Konstitusiya və Suverenlik İli” elan olunan 2025-ci il dövləti və xalqı üçün növbəti mühüm nailiyyətlərlə yadda qalan il kimi tarixə düşüb.

Baş prokuror 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan və arasında sülh müqaviləsinin paraflanmasını xüsusi qeyd edərək, bunu Vətən müharibəsində əldə edilən qələbədən sonra ən mühüm siyasi nailiyyətlərdən biri kimi dəyərləndirib.

Müşavirədə qeyd olunub ki, dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq hesabat ilində Pirallahı, Nəsimi və Binəqədi rayon prokurorluqlarının yeni inzibati binaları, eləcə də Bakı şəhər prokurorluğunun yeni korpusu istifadəyə verilib.

Bakı şəhər prokuroru Elşən Abbasov çıxışında 2025-ci il ərzində paytaxtın prokurorluq orqanlarının digər hüquq-mühafizə qurumları ilə birgə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun artırılması və baş prokurorun tapşırıqlarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, 2025-ci ildə Bakı şəhəri üzrə prokurorluq və orqanları tərəfindən ümumilikdə 14 104 cinayət hadisəsi qeydə alınıb və onların 93,4 faizinin açılması təmin edilib. Həyata keçirilən koordinasiyalı tədbirlər nəticəsində 39 qəsdən adamöldürmə və 19 qəsdən adamöldürməyə cəhd faktlarının hamısı, eləcə də əvvəlki illərdən bağlı qalan 2 qəsdən adamöldürmə və 1 ölümə səbəb olan ağır xəsarət yetirmə cinayəti tam açılıb.

Hesabat dövründə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 258 cinayət işinin ibtidai istintaqı başa çatdırılıb, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün məhkəmələrə göndərilib. Tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 13 milyon 827 min 887 manat maddi ziyanın 8 milyon 243 min 898 manatı, yəni 59,6 faizi ödənilib. Eyni zamanda daxili işlər orqanlarında 5 484 cinayət işinin istintaqı yekunlaşdırılıb və 4 312 iş məhkəmələrə təqdim edilib.

Müşavirədə xidməti və əmək intizamına nəzarətin gücləndirildiyi də vurğulanıb. Belə ki, şəhər prokurorluq orqanlarının 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.

Sonda Kamran Əliyev Bakı şəhər prokurorluğunun struktur bölmələrinin və rayon prokurorluqlarının fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, vətəndaş müraciətlərinə baxılması və intizamın möhkəmləndirilməsi istiqamətində işlərin daha da səmərəli təşkili ilə bağlı konkret tapşırıqlar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax