Əsas məzmuna keç

Kamran Əliyev: Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlər cəzalandırılıb

Kamran Əliyev: Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlər cəzalandırılıb

Baş prokuror Kamran Əliyev Xocalı soyqırımı və digər qanlı hadisələrdə günahkar olan erməni hərbçilərin məhkəmə prosesləri ilə bağlı mühüm açıqlama verib.

en ru

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Əliyev Azərbaycam Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbirdə deyib.

O bildirib ki, əməkdaşlar istər müharibə dövründə, istərsə də müharibədən sonrakı mərhələdə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə və infrastruktura vurulmuş ziyanın, habelə törədilmiş digər cinayətlərin müəyyən edilməsi, araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində var qüvvələri ilə çalışıblar:

"Həmin işlər üzrə təqsirləndirilən şəxslərə prokurorluğun iştirakı ilə məhkəmələr tərəfindən layiqli cəzalar verilib".

Baş prokuror İkinci müharibəsindən qazanılan uğurlarda prokurorluq əməkdaşlarının da mühüm rol oynadıqlarını qeyd edib.

K.Əliyev, həmçinin bildirib ki, ötən dövr ərzində prokurorluq orqanları qarşısında İlham Əliyev tərəfindən müəyyən edilmiş vəzifələrin icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib:

"Bu müddət ərzində peşəkar və layiqli kadrların vəzifədə irəli çəkilməsi təmin edilib, prokurorluq əməkdaşlarının maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib, orqanların maddi-texniki bazası əsaslı şəkildə yenilənib".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…