Əsas məzmuna keç

İsveçrə əhalinin sayına limit qoyulması məsələsini referenduma çıxarır

İsveçrə əhalinin sayına limit qoyulması məsələsini referenduma çıxarır

Ölkə əhalisinin 10 milyona çatması halında ciddi məhdudiyyətlərin tətbiqini nəzərdə tutan təşəbbüs həm siyasi, həm də iqtisadi dairələrdə kəskin müzakirələrə səbəb olub.

ru en

əhalinin sayının 10 milyonla məhdudlaşdırılması təklifini səsverməyə çıxarmağa hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük siyasi qüvvəsi olan tərəfindən irəli sürülən bu , əhalinin nəzarətsiz artımının infrastruktur, mənzil təminatı, təhsil və sosial rifah sistemləri üçün ciddi yük yaratdığı arqumentinə əsaslanır.

Təklifə görə, əgər ölkə əhalisi 2050-ci ilə qədər 9,5 milyona çatarsa, ailə birləşməsi, yaşayış icazələri və sığınacaq hüquqlarına ciddi məhdudiyyətlər tətbiq ediləcək.

Əgər bu tədbirlərə baxmayaraq, 10 milyonluq hədd aşılarsa, İsveçrə hökuməti Avropa İttifaqı ilə imzalanmış sərbəst hərəkət sazişini birtərəfli qaydada ləğv etmək məcburiyyətində qalacaq. Bu addım İsveçrənin Avropa ortaq bazarına çıxışının tamamilə dayandırılması deməkdir.

Təşəbbüsün tərəfdarları bunu İsveçrənin həyat tərzini qorumaq üçün zəruri hesab etsələr də, müxalifət bu yanaşmanı popülist və qeyri-real adlandırır. Hökumət, parlamentin hər iki palatası, həmkarlar ittifaqları və biznes nümayəndələri bu radikal addımın ölkənin iqtisadi sabitliyini təhlükə altına atacağını bəyan ediblər.

Ekspertlər xəbərdarlıq edir ki, digər Avropa ölkələri kimi İsveçrədə də doğum səviyyəsi aşağı düşür və əhali sürətlə qocalır. Gələcək 30 il ərzində 65 yaşdan yuxarı insanların sayının ciddi şəkildə artacağı gözlənilir. Bu şəraitdə xarici işçi qüvvəsinə qoyulacaq süni məhdudiyyətlərin istehsal prosesini dayandıra biləcəyi vurğulanır.

Dünya təcrübəsində ilk dəfədir ki, bir ölkə öz əhalisinin sayına qanuni qoymaq üçün referenduma gedir. Son rəy sorğuları təklifə qarşı olanların az fərqlə öndə olduğunu göstərsə də, nəticələrin çox yaxın olacağı proqnozlaşdırılır. Səsvermənin yekun nəticələrinin bazar günü günün ikinci yarısında bəlli olması gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…