İspaniyanın Ali İdman Şurası (CSD) La Liqanın prezidenti Xavyer Tebasın “Real Madrid” barədə səsləndirdiyi fikirlərin araşdırılması üçün İdman İnzibati Tribunalına (TAD) müraciət edib. AS nəşrinin məlumatına görə, bu müraciətdən sonra Tebas vəzifəsindən kənarlaşdırıla bilər.
Tebas ötən həftə “Real Madrid” televiziyasının iş metodlarını nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsin istifadə etdiyi təbliğat mexanizmləri ilə müqayisə edib.
CSD tribunaldan La Liqa rəhbərinin idmanda ləyaqətə və ya şərəfə xələl gətirən açıq hərəkətlərlə bağlı maddələri pozub-pozmadığını qiymətləndirməyi istəyib. Şura idman institutlarının idmanı hörmət, birgəyaşayış və ədalətli oyunun məkanı edən dəyərləri qorumasının vacibliyini vurğulayıb.