Əsas məzmuna keç

Bakı və Ankara arasına nifaq salmaq istəyənlər KİMLƏRDİR?

Bakı və Ankara arasına nifaq salmaq istəyənlər KİMLƏRDİR?

Politoloq Azad Məsiyev FETÖ, Soros şəbəkəsi və erməni lobbisinin Turan ittifaqını əngəlləmək üçün ABŞ və Avropanın dəstəyi ilə təxribatlar törətdiyini açıqlayıb.

ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda və ümumən Avrasiya məkanında yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqların təməlində isə Azərbaycan-Türkiyə dostluq və strateji müttəfiqlik münasibətləri dayanır. Şuşa Bəyannaməsi və Təşkilatının (TDT) güclənən fəaliyyəti regionda yeni güc mərkəzinin — Turan ittifaqının bünövrəsini qoyur. Lakin bu birliyin inkişafı və Türkiyənin qlobal gücə çevrilməsi bəzi xarici dairələrdə ciddi narahatlıq və qısqanclıq yaradır.

Bəs iki qardaş ölkə arasındakı münasibətləri hədəf alan, xüsusilə son dövrlərdə Azərbaycan Prezidentinə qarşı təxribatçı ifadələr işlədən qüvvələrin arxasında kimlər durur?

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Azərbaycan və Türk Dövlətləri Təşkilatının lokomotividir:

"Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərini genişləndirdi. Şuşa Bəyannaməsi imzalandı, Türk Dövlətləri Təşkilatı intensiv şəkildə görüşərək yeni bir müstəviyə yol açdı. Artıq başda Türkiyə və Azərbaycan olmaqla bu iki dövlət TDT-nin lokomotivdir və bu təşkilat gələcəkdə Turan ittifaqına aparan yoldur. Azərbaycan və Türkiyə arasında münasibətlərin genişlənməsi Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinə gətirib çıxarır. Təbiidir ki, Türkiyənin bu cür güclənməsini Qərb — başda , Avropa və digər qüvvələr istəmir. Çünki Türk dövlətlərinin birliyi 200 milyonluq əhali, 5 milyon kvadratkilometrlik ərazi, zəngin resurslar və yeni hərbi doktrina deməkdir".

azad mesiyev

Politoloq qeyd edib ki, Turan ittifaqının formalaşmasını engəlləmək üçün iki ölkə arasında nifaq salmaq cəhdləri müşahid olunur:

"Bu ittifaqa aparan lokomotiv dövlətlər — Azərbaycan və Türkiyə arasında nifaq salmaq, münasibətləri soyutmaq üçün müxtəlif təxribat xarakterli çıxışların şahidi oluruq. Araşdırsaq görərik ki, bu təşkilatların və çıxışların kökü xaricə, Qərbə gedir. Türkiyə tərəfindən bu açıqlamalarda qruplaşması xüsusi fəallıq göstərir. Eyni zamanda, Qərbin himayəsi altında olan və Sorosun maliyyə dəstəyi ilə idarə olunan istər QHT-lər, istər ictimai-siyasi təşkilatlar, istərsə də media orqanları bu prosesdə alət kimi istifadə olunur. Onların məqsədi hem Türkiyənin siyasi hakimiyyətini devirmək, həm də Türkiyə Prezidenti ilə Azərbaycan Prezidentinin dostluq və qardaşlıq münasibətlərinə kölgə salmaqdır".

Azad Məsiyev vurğulayıb ki, bu növ təxribatlara qarşı hər iki ölkənin aidiyyəti qurumları adekvat və koordinasiyalı addımlar atmalıdır:

"Azərbaycan Prezidentinə qarşı işlədilən təxribat xarakterli ifadələr Azərbaycan ictimaiyyətində haqlı qıcıq yaradır və adekvat cavablar verilir. Belə olan təqdirdə, proses odun üstünə benzin tökməyə bənzəyir. Ona görə də Türkiyənin hüquq-mühafizə orqanları bu məsələni araşdırıb aydınlıq gətirməlidir ki, bu cür davranışların Azərbaycana sıçramasına yol verilməsin. Çünki dünya çoxqütblü sistemə keçir və yeni dünyada Türkiyə-Azərbaycan birliyi qorunub saxlanmalıdır".

Sonda politoloq əminliklə bildirib ki, bu cür təxribatlar iki dövlətin sarsılmaz qardaşlığına xələl gətirə bilməyəcək:

"Türkiyə-Azərbaycan dostluğu və əməkdaşlığı əbədidir. Erməni lobbisi, FETÖ və Soros şəbəkəsinin üçüncü vasitələrlə münasibətlərə kölgə salmaq cəhdləri boşa çıxacaq. İki ölkənin hüquq-mühafizə orqanları və rəsmiləri bu işin kökünü araşdırıb ictimaiyyətə məlumat verməlidir. Hesab edirəm ki, bu cür təxribatlar münasibətlərə xələl gətirməyəcək, əksinə, təxribatçılara qarşı eyni mövqedən çıxış olunacaq və xalqlarımız arasındakı birliyi daha da möhkəmləndirəcək".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…