Əsas məzmuna keç

İran Səudiyyə Ərəbistanındakı aviabazaya hücumu təkzib etdi

İran Səudiyyə Ərəbistanındakı aviabazaya hücumu təkzib etdi

Rəsmi Tehran Əl-Xərc obyektinə zərbə endirilməsi xəbərlərini təkzib edir. İsrail və İran arasında gərginləşən hava hücumları fonunda regionda nələr baş verir?

en ru

İran Səudiyyə Ərəbistanının Əl-Xərc aviabazasına hücum etdiyi barədə yayılan məlumatları təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın dövlət televiziya kanalı IRIB adı açıqlanmayan hərbi rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi Əl-Xərc aviabazasına hər hansı hücum həyata keçirmədiyini bildirib.

"Həmin obyektə bir dənə də olsun endirilməyib", - deyə adı açıqlanmayan hərbi mənbə vurğulayıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının mülki müdafiə qurumu Əl-Xərc əyalətinin sakinlərini mümkün təhlükə ilə bağlı xəbərdar etmişdi.

hakimiyyəti insidentlə bağlı hər hansı tərəfin adını çəkməsə də, bir sıra beynəlxalq media orqanları hadisəni İran və İsrail arasında yenidən intensivləşən hava hücumları ilə əlaqələndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…