Əsas məzmuna keç

İran Hörmüz boğazında 56 gəmini “qara siyahı”ya saldı

İran Hörmüz boğazında 56 gəmini “qara siyahı”ya saldı

Tehran rəhbərliyi beynəlxalq dənizçilik qaydalarını pozduğunu iddia etdiyi tankerlərə qarşı sərt tədbirlər tətbiq edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İranın boğazından keçidləri tənzimləyən "Fars Körfəzi Boğaz İdarəsi" (PGSA) qurumu dənizçilik qaydalarına riayət etməyən gəmilərlə bağlı yeni qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə PGSA-nın rəsmi internet səhifəsində məlumat yayıb.

Bildirilib ki, siyahıya daha 11 gəmi əlavə olunub və bununla da "qara siyahı"ya daxil edilən gəmilərin ümumi sayı 56-ya çatıb.

PGSA tərəfindən verilən açıqlamada vurğulanıb ki, İranın Hörmüz boğazı üçün müəyyən etdiyi protokolları pozan gəmilər gələcək keçidləri zamanı ciddi məhdudiyyətlərlə üzləşəcəklər.

Tədbirlər çərçivəsində cərimələrin tətbiqi, gəmilərin saxlanılması və ya müsadirə edilməsi nəzərdə tutulur. Bundan əlavə, siyahıda adı keçən gəmilərlə əməkdaşlıq edən digər üzən vasitələrin də cəzalandırılacağı barədə xəbərdarlıq edilib.

Sentyabrın 2-nə olan məlumata görə, yenilənmiş siyahıda müxtəlif növ tankerlər yer alır. Bunların arasında Birləşmiş Ərəb Əmirlikləri mərkəzli "ADNOC Logistics" və onun törəmə şirkəti "Navig8", həmçinin Səudiyyə Ərəbistanının "Bahri" şirkəti ilə əlaqəli gəmilər var.

Siyahıya Çinlə əlaqəli 2 gəmi də daxil olmaqla, LNG, LPG və xam daşıyan tankerlər daxil edilib.

Xatırladaq ki, avqustun 24-də İran 45 tankerin "qara siyahı"ya alındığını elan etmişdi. rəhbərliyi bu addımı və İsrailin fevral ayında həyata keçirdiyi hücumlardan sonra yaranan gərginlik fonunda Hörmüz boğazından keçidləri nəzarətdə saxlamaq məqsədilə atıb.

İyun ayında İran və ABŞ arasında əldə olunan razılaşmaya baxmayaraq, iyul ayında tərəflər arasında yaranan fikir ayrılıqları nəticəsində boğazdan keçid rejimi yenidən sərtləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…