Əsas məzmuna keç

İsrail razılaşmanın qarşısındakı ən böyük maneədir - Əraqçi

İsrail razılaşmanın qarşısındakı ən böyük maneədir - Əraqçi

İran XİN başçısı Abbas Əraqçi ABŞ-ın razılaşmanı pozmasını tənqid edib. Tehranı müqavimətə məcbur edən prosesin detalları və gərginliyin əsl səbəbləri açıqlandı.

en ru

İranın naziri Əraqçi Tehran ilə qarşı tərəf arasında əldə olunan razılaşmanın həyata keçirilməsinin qarşısındakı ən böyük maneənin İsrail olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nazir bildirib ki, Tehran ilə qarşı tərəf arasında əldə olunan razılaşma İranın maraqlarına uyğun olduğu üçün iki həftədən az müddət sonra razılaşmanı pozmağa başlayıb.

“İsrail bu razılaşmanın həyata keçirilməsinin qarşısındakı ən böyük müxalif və maneədir”, - Əraqçi bildirib.

Diplomatik uğurun nə onun, nə də Xarici İşlər Nazirliyinin şəxsi uğuru olmadığını vurğulayan Əraqçi bunun İran xalqının qələbəsi olduğunu deyib.

“Bu, müharibə zamanı göstərilən müqavimətin düşməni İranın tələblərini qəbul etməyə məcbur etməsinin nəticəsi idi”, - İranın xarici işlər naziri əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…