Əsas məzmuna keç

İran XİN: ABŞ-nin hücumları razılaşmanın əsas müddəalarını pozur

İran XİN: ABŞ-nin hücumları razılaşmanın əsas müddəalarını pozur

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkəyə qarşı hücumlarını və sanksiyaları kəskin tənqid edərək, gərginliyin artmasına görə Vaşinqtonu məsuliyyət daşıdığını bəyan edib.

en ru

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi hücumlar və tətbiq etdiyi yeni məhdudiyyətlərlə bağlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda Vaşinqtonun atdığı addımların mövcud razılaşmaların ruhuna zidd olduğu bildirilib. ABŞ-nin İranın neft satışına dair sanksiyaların ləğvi ilə bağlı qərarı dayandırmasını, ilə bağlı razılaşdırılmış tənzimləmələri pozmasını və İsrailin Livan ərazisinə hücumlarını davam etdirməsini əldə olunmuş anlaşma memorandumunun əsas müddəalarına zidd hesab edib.

İran Xarici İşlər Nazirliyi bildirib ki, regionda gərginliyin artmasına görə ABŞ-nin üzərinə düşür. Rəsmi Tehran ölkənin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün bütün zəruri addımları atacağını açıqlayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, İran hücumların mənbəyi hesab etdiyi nöqtələri hədəf almaq hüququnu özündə saxlayır.

İran rəsmiləri Fars körfəzinin cənubunda ölkələrə də müraciət edərək, ərazilərinin tərəfindən İrana qarşı hərbi əməliyyatlarda istifadəsinə icazə verməməyə çağırıblar.

Tehran bu ölkələri beynəlxalq öhdəliklərə əməl etməyə və regional sabitliyə töhfə verməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…