Əsas məzmuna keç

"Qarşı tərəf üçün şərtlər getdikcə daha da çətinləşəcək"

"Qarşı tərəf üçün şərtlər getdikcə daha da çətinləşəcək"

"İran Hörmüz boğazına nəzarəti gücləndirəcək və ABŞ Tehranın irəli sürdüyü yeddi şərti qəbul edənədək bu strateji su yolunda gəmiçiliyə qoyulan...

en ru

"İran boğazına nəzarəti gücləndirəcək və Tehranın irəli sürdüyü yeddi şərti qəbul edənədək bu strateji su yolunda gəmiçiliyə qoyulan məhdudiyyətləri qüvvədə saxlayacaq".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi bildirib.

"İranın yeddi şərti yerinə yetirilməyənədək Hörmüz boğazı nəinki açılmayacaq, əksinə, boğazın bağlanması gündən-günə daha da sərtləşdiriləcək", - Hatəmi deyib.

O vurğulayıb ki, qarşı üçün getdikcə daha da çətinləşəcək və Hörmüz boğazına ciddi nəzarət tətbiq olunacaq.

Qeyd edək ki, noyabrın 24-də İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da bildirib ki, ABŞ Tehranın irəli sürdüyü yeddi ilkin şərti qəbul etməyənədək İran hakimiyyəti regional vəziyyətin nizamlanması ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.

Tehranın irəli sürdüyü şərtlər arasında Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması, dondurulmuş İran aktivlərinin açılması və ölkəyə dəymiş ziyana görə kompensasiyanın ödənilməsi yer alır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…