Əsas məzmuna keç

"Etimadın möhkəmləndirilməsi ikitərəfli prosesdir"

"Etimadın möhkəmləndirilməsi ikitərəfli prosesdir"

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın region ölkələrinə qarşı düşmənçilik mövqeyində olmadığını və sabit təhlükəsizliyin təmin...

en ru

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın ölkələrinə qarşı düşmənçilik mövqeyində olmadığını və sabit təhlükəsizliyin təmin olunması naminə əməkdaşlığa hazır olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bəqayi bununla yanaşı, İranın milli suverenliyinə və əhalisinin təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə susmayacağını vurğulayıb.

"İran bəzi regional dövlətlərin ərazisindən onun milli suverenliyini pozmaq və ya əhalisinin təhlükəsizliyini təhdid etmək üçün istifadə edildiyi halda susa bilməz", - o bildirib.

İran rəsmisinin sözlərinə görə, Fars körfəzi hövzəsindəki bəzi qonşu ölkələr ABŞ-nin hərbi mövcudluğuna böyük ümidlər bəsləyir, ona etibar edir və bəzi hallarda Vaşinqtonla fəal əməkdaşlıq edirlər.

"Etimadın möhkəmləndirilməsi ikitərəfli prosesdir. Region ölkələrinin ərazilərindən və infrastrukturundan böyük qonşularına qarşı istifadə edilməsinə imkan verməməsini gözləmək tamamilə məntiqlidir", - Bəqayi qeyd edib.

boğazındakı vəziyyətə toxunan İran rəsmisi ölkəsinə qarşı blokada davam etdiyi müddətdə boğazın açılmasının mümkün olmadığını bildirib:

"Blokada aradan qaldırılmadan və İranın tələbləri yerinə yetirilmədən Hörmüz boğazı yenidən açıla bilməz".

Bəqayi əlavə edib ki, yalnız bundan sonra tərəflər diplomatik prosesin davam etdirilməsini müzakirə edə bilərlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü diplomatik prosesin hələ də davam etdiyini və danışıqların Tehranın irəli sürdüyü yeddi mərhələli təklif əsasında aparıldığını da diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…