"İran iyun ayında İslamabadda ABŞ-lə imzalanmış anlaşma memorandumunun qüvvədə qaldığını hesab edir və Vaşinqtonla münaqişənin diplomatik yollarla həllinə qayıtmaq niyyətindədir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"İran münaqişənin davam etdirilməsində maraqlı deyil, diplomatik yolla nizamlanmaya qayıtmağa ümid edir və eyni zamanda öz hüquq və maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir. İran tərəfi hesab edir ki, ABŞ və İran arasında anlaşma memorandumu qüvvədə qalır", - Əraqçi bildirib.
O qeyd edib ki, İran Çinin Sədri Si Cinpinin Yaxın Şərqdə ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş dörd təşəbbüsünü dəstəkləyir.
"İran tərəfi sədr Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına dair irəli sürdüyü dörd təklifi, həmçinin regionda ümumi təhlükəsizliyin təmin edilməsinə yönəlmiş dörd təşəbbüsü alqışlayır və dəstəkləyir. İran bu çərçivədə Çinlə əməkdaşlığı gücləndirməyə hazırdır və Çin tərəfinin regionda sülh və sabitliyin təmin edilməsində daha mühüm rol oynayacağına ümid edir", -deyə İran XİN rəhbəri deyib.
Əraqçi həmçinin İran və Oman arasında Hörmüz boğazının açılması ilə bağlı plan üzrə razılığın əldə edildiyini bildirib.