Əsas məzmuna keç

İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus dronun vurulduğunu iddia edir

İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus dronun vurulduğunu iddia edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-a məxsus “MQ-9 Reaper” pilotsuz uçuş aparatının Hörmüz boğazı üzərində vurulduğunu bildirib. İran tərəfinin iddiasına görə, bu, münaqişə başlayandan bəri məhv edilən 54-cü belə drondur.

en ru

(SEPAH) üzərində Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9 Reaper” tipli zərbə-kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) vurularaq zərərsizləşdirildiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, SEPAH-ın rəsmi bəyanatında strateji PUA-nın ölkənin vahid Hava Hücumundan Müdafiə (HHM) sisteminin idarə etdiyi ən yeni yerli raket kompleksi tərəfindən hədəfə alınaraq məhv edildiyi bildirilir.

İran hərbi rəsmilərinin iddiasına görə, bu, cari hərbi toqquşmalar və gərginlik dövründə İranın HHM qüvvələri tərəfindən vurulan sayca 54-cü “MQ-9” pilotsuz aparatıdır.

Xatırladaq ki, və İsrail Silahlı Qüvvələri fevralın 28-dən etibarən İrandakı hərbi, nüvə və strateji obyektlərə qarşı kütləvi hava zərbələri endirməyə başlayıb. İran tərəfi isə buna adekvat cavab zərbələri ilə qarşılıq verərək regiondakı ABŞ hərbi bazalarını və strateji obyektləri hədəfə alıb. Hazırda tərəflər arasında hərbi münaqişə həll olunmamış qalmaqdadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…