Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq kadrları Ermənistanın armlur.am nəşri tirajlayıb.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.