"Arktika qarşıdurma məkanına deyil, dialoq və qarşılıqlı faydalı əməkdaşlıq zonasına çevrilməlidir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Biz əminik ki, Arktika qarşıdurma ərazisi olmamalıdır. Arktika konfrontasiya zonası deyil, qarşılıqlı faydalı əməkdaşlıq məkanı olmalıdır. Bunun təmin edilməsi üçün dialoq lazımdır. Rusiya bu dialoqa açıqdır", - Peskov vurğulayıb.
O, bu açıqlamanı Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın Aİ-nin Arktikada Rusiya və Çinlə rəqabət aparmaq niyyətinə dair bəyanatını şərh edərkən verib.
Peskovun sözlərinə görə, Kallas dəfələrlə hər hansı dialoqun əleyhinə olduğunu bildirib:
"Buna görə də Avropa diplomatları öz mövqelərini bir qədər dəqiqləşdirməli və dialoq olmadan qarşılıqlı fəaliyyət formatlarını necə qurmağı planlaşdırdıqlarını, yəqin ki, bir-birlərinə izah etməlidirlər. Bizim fikrimizcə, bu, mümkün deyil".