"Litvada NATO-nun hərbi bazasının və nüvə silahlarının yerləşdirilməsi ilə bağlı mümkün qərar gərginliyin daha da artmasına səbəb ola bilər və Rusiya cavab tədbirləri görməyə məcbur olacaq".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması, eləcə də qonşu ölkədə nüvə silahlarının yerləşdirilməsi gərginliyin artmasına doğru addım kimi qiymətləndirilə bilər.
"Bunların hər ikisi Avropa qitəsində vəziyyətin sabitliyinə və proqnozlaşdırıla bilməsinə xidmət etməyəcək. Əksinə, təəssüf ki, gərginliyin artmasının daha bir ciddi mərhələsinə çevriləcək. Rusiya isə əlbəttə, ölkə öz təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün zəruri tədbirləri görməyə məcbur olacaq", - Peskovun sözlərini sitat gətirib.