Əsas məzmuna keç

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazandı

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazandı
— Foto: idman.biz

Azərbaycan təmsilçisi Muju şəhərində keçirilən mundialda K44 kateqoriyasının 70 kq çəki dərəcəsində üçüncü yeri tutub. Xəlilov yarımfinalda meksikalı Xuan Qarsiyaya uduzub.

en ru

parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

K44 kateqoriyasının 70 kq çəki dərəcəsində yarışan paralimpiya çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb və almaniyalı Kolya Qrabeni məğlub edib.

Xəlilov 1/4 finalda təmsilçisi Yusuf Yünaçtını 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə meksikalı Xuan Qarsiya ilə qarşılaşan Azərbaycan idmançısı rəqibinə məğlub olub.

Kontekst

Noyabrın 20-22-də Muju şəhərində keçirilən dünya çempionatında Azərbaycanı dörd parataekvondoçu təmsil edir. K44 kateqoriyasında İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin (63 kq) və Səmayə Həsənova (47 kq) çıxış edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…