Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tramp NATO-nu sərt tənqid etdi: "Bu, birtərəfli yoldur"

2 dəq
Paylaş:
Donald Tramp NATO-nu sərt tənqid etdi: "Bu, birtərəfli yoldur"

ABŞ-nin keçmiş prezidenti NATO üzvü olan ölkələrlə münasibətlərin ABŞ üçün qarşılıqlı fayda yaratmadığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib. O, ABŞ-ın daxilindəki mövqeyini edərək mövcud vəziyyəti “birtərəfli yol” kimi qiymətləndirib.

Məlumata görə, Trampın sözlərinə əsasən, Vaşinqtonun NATO çərçivəsində mövcud münasibətləri davam etdirməsi mənasızdır və digər üzv ölkələr ABŞ-yə kifayət qədər dəstək göstərmirlər.

Bildirilir ki, o, iddialarını əsaslandırmaq üçün NATO ölkələrinin hərbi xərclərini əks etdirən qrafik də paylaşıb. Həmin rəqəmlərə görə, ABŞ-ın hərbi xərcləri 999 milyard , Böyük Britaniyanın 90,5 milyard dollar, Fransanın 66,5 milyard dollar, İtaliyanın 48,8 milyard dollar, Polşanın isə 44,3 milyard dollar təşkil edir.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də dəfələrlə ABŞ-nin NATO büdcəsinə digər üzv ölkələrlə müqayisədə daha çox vəsait ayırmasından narazılığını ifadə edib və bunun qarşılığında Vaşinqtonun yetərli iqtisadi fayda görmədiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax