Əsas məzmuna keç

Tramp üç müşavirinə 135 min dollar nağd pul verib

Tramp üç müşavirinə 135 min dollar nağd pul verib

ABŞ prezidenti Donald Tramp yaxın işçi qrupunda yer alan üç müşavirinə 45 min dollar olmaqla ümumilikdə 135 min dollar təqdim edib. Walt Nauta da Trampdan 20 min dollar alıb.

en ru

Prezidenti yaxın işçi qrupunda yer alan Natalie Harp, Margo Martin və Chamberlain Harrisə hərəsinə 45 min olmaqla pul verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, beləliklə, üç müşavirə təqdim olunan ümumi məbləğ 135 min dollara çatıb.

İllik 150 min dollar qazanan müşavirlərin aldığı birdəfəlik hədiyyə onların illik maaşının təxminən 30 faizinə bərabərdir.

Trampın əməkdaşlarından Walt Nauta da prezidentdən 20 min dollar alıb.

Beləliklə, Trampın əməkdaşlarına verdiyi nağd ödənişlərin ümumi məbləği 155 min dollara çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…