Əsas məzmuna keç

Donald Tramp yanacaq qiymətlərinin endirilməsini tələb edib: "Əks təqdirdə ciddi problemlər olacaq"

Donald Tramp yanacaq qiymətlərinin endirilməsini tələb edib: "Əks təqdirdə ciddi problemlər olacaq"

ABŞ-ın keçmiş prezidenti yanacaq satıcılarına xəbərdarlıq edərək, qiymətlərin süni şəkildə yüksək saxlanılmasının qanunsuz olduğunu bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-nin Prezidenti ilə bağlı açıqlama verərək neft satıcılarına və şirkətlərinə qiymətlərin azaldılması çağırışı edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.

O, neftin bir barelinin hazırda təxminən 68 civarında olduğunu və qlobal bazarlarda ucuzlaşma tendensiyasının müşahidə edildiyini əsas gətirərək, ABŞ-də yanacaq qiymətlərinin bu səviyyə ilə uzlaşmadığını bildirib.

Trampın sözlərinə görə, yanacaq qiymətlərinin süni şəkildə yüksək saxlanılması qəbuledilməzdir və bu tələbə əməl etməyən şirkətlər hüquqi nəticələrlə üzləşə bilər. O, qallon başına 2,5 dollar səviyyəsini “məqbul qiymət” kimi qiymətləndirib. Hazırda ABŞ-də orta yanacaq qiymətinin bir qallon üçün təxminən 3,8 dollar olduğu bildirilir.

Bildirilib ki, xüsusilə Kaliforniya ştatında qiymətlərin ölkə ortalamasından xeyli yüksək – təxminən 5,5 dollar civarında olması Trampın tənqidinə səbəb olub. O, yerli hakimiyyət orqanlarını yanacaq vergilərinin azaldılması istiqamətində addımlar atmağa çağırıb.

Məlumata görə, Tramp ötən həftə yanacaq qiymətlərinin niyə gözlənilən səviyyədə azalmadığını araşdırmaq üçün rəsmi yoxlamaların başlanacağını açıqlayıb. Bu prosesin “Exxon Mobil”, “Chevron”, “Shell” və “BP” kimi iri enerji şirkətlərini əhatə edəcəyi gözlənilir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 02.10.2026

Banklarda alış-satış ›
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?