Əsas məzmuna keç

Rubio Hindistana getdi

Rubio Hindistana getdi

ABŞ dövlət katibi Mumbay və Camnaqarda Subramanyam Cayşankar və Mukeş Ambani ilə enerji təchizatı, həmçinin neft idxalı məsələlərini müzakirə edəcək.

en ru

ABŞ Marko Hindistana səfər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rubionun Hindistanın qərbində yerləşən Mumbay və Camnaqara iki günlük səfəri çərçivəsində hökumət və biznes nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Səfər zamanı katibinin Hindistanın naziri Subramanyam Cayşankarla, eləcə də dünyanın ən böyük neft emalı şirkətlərindən biri olan "Reliance Industries"in Direktorlar Şurasının sədri, milyarder Mukeş Ambani ilə görüşəcəyi gözlənilir.

Rubio ölkənin maliyyə mərkəzi olan Mumbaya gəlib. Burada onun Cayşankarla görüşü planlaşdırılıb.

Rubio daha əvvəl gömrük rüsumlarının tətbiqinin dayandırılması qərarına təsir edən amillərdən birinin Hindistanın ticarət sazişinin bağlanması istiqamətində göstərdiyi səylər olduğunu bildirib. ABŞ dövlət katibinin sözlərinə görə, Hindistan Rusiyadan neft asılılığını azaltmaqla təchizatını şaxələndirir. Bununla belə, ölkə Rusiyadan gündəlik milyonlarla barel neft almaqda davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…