Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ikitərəfli görüş keçirəcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi diplomatın Ukrayna münaqişəsi ətrafındakı vəziyyətə həsr olunmuş səfirliklərarası dəyirmi masadakı çıxışına istinadən məlumat yayıb.
Məlumata görə, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yüksək səviyyəli həftə sentyabrın 18-dən 28-dək keçiriləcək. Ümumi debatların sentyabrın 22-dən 26-dək, eləcə də sentyabrın 28-də baş tutacağı gözlənilir. Sergey Lavrovun Assambleya tribunalından çıxışı sentyabrın 26-na planlaşdırılıb. ABŞ və Rusiya diplomatiya rəhbərlərinin gözlənilən görüşündə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Ukrayna münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi bildirilir.
Bildirilib ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri Stiven Uitkoff və Jared Kuşner ilə Moskvada keçirilən danışıqları zamanı Ukrayna üzrə üçtərəfli təmasların bərpası imkanlarını nəzərdən keçirdiyini diqqətə çatdırmışdı.