Əsas məzmuna keç

Rubio Meksikanın XİN rəhbəri ilə görüşdü

Rubio Meksikanın XİN rəhbəri ilə görüşdü

ABŞ dövlət katibi Roberto Velasko Alvareslə Vaşinqtonda bir araya gələrək fentanil, transmilli cinayətkarlıq və qanunsuz miqrasiya ilə bağlı sərt tələblər irəli sürüb.

en ru

ABŞ Marko Meksikanı qanunsuz miqrasiya, qaçaqmalçılığı və narkotik kartelləri ilə mübarizədə daha qətiyyətli addımlar atmağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rubio Vaşinqtonda Meksikanın naziri Velasko Alvareslə görüşüb.

O, görüş zamanı qanunsuz miqrasiyaya son qoyulması, fentanil və digər qanunsuz narkotiklərin ABŞ-yə daxil olmasının qarşısının alınması, xarici terror təşkilatları və narkotik kartellərinin dağıdılması, eləcə də bu qrupların silahlardan məhrum edilməsi üçün qətiyyətli tədbirlər görülməsinə çağırıb.

Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, narkotik və silah qaçaqmalçılığı, həmçinin transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əldə olunan irəliləyişlər müzakirə olunub. Velasko isə əməkdaşlığın suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı məsuliyyətə və etimada əsaslanmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin qeyri-qanuni miqrasiya məsələsində əldə olunan nəticələri və ABŞ-də yaşayan meksikalıların miqrasiya prosesləri zamanı hüquqlarının qorunmasını müzakirə ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…