Əsas məzmuna keç

ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib

ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ölkənin qüvvələri və regional tərəfdaşları Hörmüz boğazına nəzarət edir. Komandanlığın açıqlamasında bazar ertəsi boğazdan 19 milyon bareldən çox xam neft daşınmasına kömək edildiyi də qeyd olunub.

en ru

Mərkəzi Komandanlığı () "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki rəsmi hesabında Yaxın Şərq regionunda hərbi-dəniz balansı və Hörmüz boğazında təhlükəsizlik rejiminin təmin olunması ilə bağlı kəskin bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CENTCOM-un açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş qabiliyyətini itirdiyi iddia olunub.

Bəyanatda ABŞ Silahlı Qüvvələrinin və regional koalisiya tərəfdaşlarının strateji dəniz dəhlizi olan Hörmüz boğazına tam nəzarət etdiyi vurğulanıb.

CENTCOM həmçinin ABŞ hərbi-dəniz qüvvələrinin Körfəz regionundakı müttəfiqlərə dəstək çərçivəsində bazar ertəsi günü boğazdan 19 milyon bareldən çox xam neft daşıyan tanker karvanının təhlükəsiz keçidini təmin etdiyini diqqətə çatdırıb.

Vaşinqton ilə Tehran arasında dəniz təhlükəsizliyi, azad gəmiçilik və qlobal energetika nəqliyyatı baxımından həyati əhəmiyyət daşıyan Hörmüz boğazında geostrateji gərginlik son günlər pik həddə çatıb.

Xatırladaq ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin rəsmisi ötən gün açıqlama verərək ABŞ hərbi gəmilərinin boğaza yaxınlaşacağı təqdirdə hədəfə alınaraq batırılacağını bəyan etmişdi. İran tərəfi hərbi birləşmələrin olası qarşıdurmaya hazır vəziyyətə gətirildiyini və döyüş rejimində olduğunu bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…