Misli Premyer Liqasının doqquzuncu turunda keçirilən “Sabah” – “Qarabağ” matçını beynəlxalq futbol ictimaiyyətinin tanınmış nümayəndələri tribunadan izləyiblər.
Qarşılaşmanı FIFA prezidenti Canni İnfantino və İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger də stadiondan izləyiblər. Onlarla yanaşı, AFFA prezidenti Rövşən Nəcəf də tribunada olub.
Matçı izləyənlər arasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və AFFA-nın baş katibi Elxan Məmmədov da yer alıblar. Rövşən Nəcəf görüşü üzərində 7 nömrəsi olan futbolkada izləyib.
“Sabah” və “Qarabağ” arasındakı qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.