Almaniya Bundesliqasının 7-ci turunda “Bavariya” səfərdə “Frayburq”a 3:1 hesabı ilə qalib gəlib. Oktyabrın 25-də “Avropa-Park” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 20:30-da başlayıb. Görüşü Berlindən olan baş hakim Feliks Tsveyer idarə edib.
Dayo Upamekano 16-cı dəqiqədə hesabı açıb, Serj Qnabri 42-ci dəqiqədə “Bavariya”nın üstünlüyünü artırıb. Tom Bışof 82-ci dəqiqədə topu öz qapısına göndərib. Maykl Olise 90+5-ci dəqiqədə qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.
Qələbədən sonra “Bavariya”nın xalları 17-yə çatıb. Dortmund “Borussiya”sının da 17 xalı var. “Frayburq” 13 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.