Əsas məzmuna keç

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral jurnalist Talat Atillaya verdiyi müsahibədə Azərbaycanla bağlı son açıqlamalarına görə vəzifədən getdiyini bildirdi.

en ru

Saral vəzifədən ayrıldığını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, türk Talat Atilla Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.

Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:

“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - dedi.

“Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” deyə soruşdum.

“Bəli, elə görünür”, – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”.

Qeyd edək ki, Türkiyə KİV-də bir neçə saatdır Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…