“Bavariya”nın hücumçusu Harri Keyn 2025/26 mövsümünün ən yaxşı oyunçusu seçildikdən sonra mükafata münasibət bildirib. İngiltərəli futbolçu mükafatın “Marca” versiyası üzrə təqdim edildiyini qeyd edib.
“Təşəkkür edirəm! Bu kuboku çox yüksək qiymətləndirirəm. Ötən mövsüm möhtəşəm idi — onu heç vaxt unutmayacağam. Bu mükafatın təqdim olunmasında iştirak edən hər kəsə, komanda yoldaşlarıma və əlbəttə ki, azarkeşlərimə təşəkkür edirəm”, – Keyn deyib.
Keyn ötən mövsüm “Bavariya” ilə Almaniya Bundesliqasının, Almaniya kubokunun və Almaniya Superkubokunun qalibi olub. O, İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc mükafatçısı olub.