“Bavariya”nın baş məşqçisi Vinsent Kompaninin vəziyyəti stabildir. Bu barədə Sky Sport Germany məlumat yayıb.
40 yaşlı belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi və Kompaninin nə vaxt məşqlərə qayıda biləcəyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
“Bavariya” bazar günü Bundesliqanın növbəti turunda səfərdə “Frayburq”la qarşılaşmalıdır.