Bundesliqanın 6-cı turunda “Bavariya” öz meydanında “RB Leypsiq”i 6:1 hesabı ilə məğlub edib. “Allianz Arena”da keçirilən görüşdə qələbə hazırkı çempionun olub.
Münhen klubunun heyətində Luis Dias üç qol vuraraq het-trik edib. Aleksandar Pavloviç, Maykl Olise və Harri Keyn hərəyə bir dəfə fərqləniblər.
Qonaqların yeganə qolunu Andriya Maksimoviç əlavə olunmuş vaxtda vurub. Beləliklə, “RB Leypsiq” səfər qarşılaşmasını 1:6 hesablı məğlubiyyətlə başa vurub.
“Bavariya” bu qələbədən sonra 14 xalla turnir cədvəlinə başçılıq edir. Münhen təmsilçisi əlavə göstəricilərə görə Dortmund “Borussiya”sını qabaqlayır.