“Forbes”un məlumatına görə, Kriştiano Ronaldu karyerası ərzində qazancı 2 milyard dollara çatan ilk fəaliyyətdə olan idmançı olub. “Əl-Nəsr”də çıxış edən portuqaliyalı futbolçunun 2026/27 mövsümündə klubdan 250 milyon dollar qazanacağı bildirilir.
Ronaldu həmin mövsüm reklam müqavilələri və digər biznes layihələrindən əlavə 50 milyon dollar əldə edəcək.
“Forbes” yazır ki, Lionel Messi də gələn il 2 milyard dollar həddini keçə bilər. Argentinalı futbolçu “İnter Mayami”də oynadığı üçün MLS-dən təxminən 70 milyon dollar qazanır, meydandan kənar fəaliyyətindən isə 75 milyon dollar əldə edir.